Ana Sayfa > Manşet / Ölkə > Novruzəli Aslanov İsmayıllı şəhərində vətəndaşları qəbul edib
Novruzəli Aslanov İsmayıllı şəhərində vətəndaşları qəbul edibDünən, 09:19. Yazar: sevinc1 |
Milli Məclisin deputatı Novruzəli Aslanov 25 dekabr tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib. Qeyd edək ki, millət vəkilinin hər həftə keçirdiyi belə görüşlər artıq ənənəvi hal alıb. aia.az xəbər verir ki, dekabrın 25-də keçirilən görüş deputatın İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Görüşdə şəhər sakinlərindən 30 nəfərə yaxın seçicilər iştirak ediblər. Novruz Aslan qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib. Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Geri dön |