Ana Sayfa > Karusel / Dünya > Tokayev təyyarə qəzası ilə bağlı komissiya yaratdı

Tokayev təyyarə qəzası ilə bağlı komissiya yaratdı


Dünən, 12:46. Yazar: sevinc1
Tokayev təyyarə qəzası ilə bağlı komissiya yaratdı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik edəcəyi dövlət komissiyası yaradılıb.

Bu barədə aia.az “Kazinform”a istinadən xəbər verir.

Tokayev Astanadan Aktauya həkimlərin göndərilməsi və zərərçəkənlərin lazımi dəstəklə təmin edilməsi haqqında sərəncam verib.

Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, hazırda Aktau şəhər hava limanı açıqdır və ştat rejimdə fəaliyyət göstərir.

aia.az
Geri dön