Ana Sayfa > Siyasət > Lider qətiyyəti
Lider qətiyyətiDünən, 09:54. Yazar: sevinc1 |
Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevə bu müraciəti etmişdir: “Əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müraciətindən 17 il sonra, 2020-ci il 8 noyabt tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bildirdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyev 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata müsahibələrində də bu fikri böyük inam və qürur hissi ilə qeyd etdi ki, hər zaman çalışmışam atamın yoluna sadiq olum: “2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır” fikirləri keçilən yolun ümumiləşdirilmiş ifadəsidir. Son dörd ildə görülən işlər sırasına işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması da daxil oldu. Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bu mühüm məqamı da xüsusi olaraq qeyd etdi ki, bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk! Zəfər tarixini yazan Azərbaycan Ordusu 44 gündə düşmənə layiq olduğu yeri göstərdi. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun qarşısında dayana biilmədi, hərbi texnikasını, silah-sursatı qoyub qaçdı. Azərbaycan Ordusunun Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayışından başlayaraq bu günədək keçdiyi yol, maddi-texniki bazasının möhkəmlənməsi, gənclərimizdə torpaq və Vətən sevgisinin aşılanması, eyni zamanda, münaqişənin həllli üçün möhkəm hüquqi bazanın yaradılması Azərbaycanın şanlı Zəfərini, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını şərtləndirdi. Müzəffər Ali Baş Komandan bütün çıxışlarında tarixi Qələbəmizin qəhrəmanları olan şəhidlərimizdən və qazilərimizdən geniş bəhs edur, onların göstərdiyi şücaətin fonunda Azərbaycan gəncliyinin torpağa, Vətənə bağlılığını xüsusi diqqətə çatdırır. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid ailələrinə və qazilərə dəstək göstərilməsində ölkəmizdə milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub. Dövlətinin, xalqının gələcəyini düşünən, hər bir vətəndaşının Prezidenti olduğunu real addımları ilə sübut edən Liderə milyonların sevgisi şəksizdir. Xalqımız 44 günlük Vətən müharibəsində, bir günlük antiterror tədbirlərində birliyi ilə necə torpaqlarımızın azad edilməsinə nail oldusa, postmünaqişə dövrünün reallıqlarından olan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini də uğurla başa çatdıracaq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayaraq möhtəşəm uğurları ilə müstəqillik tariximizin uğur, zəfər səhifələrini zənginləşdirəcək. Nihad Pənahov YAP Tovuz rayon təşkilatının sədri Geri dön |