Ana Sayfa > Özəl > Sudanda vəba epidemiyası ! Ölənlərin sayı 1258-ə yüksəlib
Sudanda vəba epidemiyası ! Ölənlərin sayı 1258-ə yüksəlibDünən, 09:01. Yazar: sevinc1 |
Bildirilib ki, Sudanda vəba epidemiyası nəticəsində ölənlərin sayı 1258-ə yüksəlib. Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə vəbaya yoluxanların ümumi sayının 48 min 598-ə çatdığı bildirilib. Açıqlamada vəba epidemiyasında həyatını itirənlərin sayının 1258-ə yüksəldiyi qeyd edilib. Sudanda iyun ayında başlayan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi oktyabrın 1-də 3,4 milyon sudanlı uşağın epidemiya xəstəliyinə tutulma riski altında olduğunu bildirdi. BMT-nin Uşaq Fondu (UNICEF) oktyabrın 5-də Sudana 1,4 milyon doza vəba peyvəndi göndərdiyini açıqlayıb. Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir. aia.az Tərcümə şöbəsi Geri dön |