Ana Sayfa > Özəl > Tək kameralar, qeyri-insani şərait...Əsədin növbəti zindanı

Tək kameralar, qeyri-insani şərait...Əsədin növbəti zindanı


Dünən, 20:11. Yazar: sevinc1
Tək kameralar, qeyri-insani şərait...Əsədin növbəti  zindanı

Suriyada Əsədin işgəncə mərkəzlərindən daha biri üzə çıxıb. Kəşfiyyat xidmətinin zindanındakı qeyri-insani şərait Haber Global kameralarına düşüb.
Suriyada illərdir davam edən müxalif qrupların qələbəsi ilə başa çatan vətəndaş müharibəsi ilə bağlı hər gün yeni bir iz üzə çıxır. Devrilmiş lider Əsədin kəşfiyyat xidməti Al Muhabarat-a aid binalardan birinin zindan kimi istifadə edildiyi müəyyən edilib.

El Muhabarat zindanındakı hücrələr və oradakı qeyri-insani şərait Haber Global kameralarına düşüb. Bildirilib ki, kəşfiyyat xidməti saxladığı şəxsləri özünün 215 saylı binasına gətirib və dindirib. Üst hissəsi ictimai bina kimi istifadə edilən binanın altındakı zindanlarda insanların aylarla, hətta illərlə çox ağır şəraitdə qaldığı bildirilirdi.

Onlarla insanın yalnız bir və ya bir neçə nəfərin qala biləcəyi zindanlara gətirildiyi və sorğu-sual üçün gözlədiyi öyrənildi. Bildirilib ki, məhbuslar burada dindirildikdən sonra digər işgəncə mərkəzi olan Sednaya həbsxanasına göndərilib.


aia.az
Tərcümə şöbəsi
Geri dön