Ana Sayfa > Siyasət > İlham Əliyev yüksək intellektual səviyyəli dövlət başçısı və şəxsiyyətdir
İlham Əliyev yüksək intellektual səviyyəli dövlət başçısı və şəxsiyyətdirDünən, 16:34. Yazar: sevinc1 |
İctimai inkişafın bütün mərhələlərində savadlı, bilikli olmaq, bu intellekdən milli mənafe naminə istifadə etmək də şəxsin çox gərəkən cəhətlərindən sayılır. Elm, bilik o vaxt səmərəli sayılır ki, o təcrübədə tətbiq edilir, onun nuru yüzlərin, minlərin, milyonların yaşam tərzinə işıq sala bilir. Bu gün ölkəmizin başçısı möhtərəm İlham Əliyev cənabları sadaladığım onlarla bu cür müsbət keyfiyyətlərin daşıyıcısıdır. Böyük və mükəmməl demokratik düşüncə sahibidir. Elə buna görə də Azərbaycan xalq-dövlət tandemi sarsılmaz bir təməl üzərində bərqərar olaraq dünya dövlətləri içərisində nümunə sayılır. Uyğun beynəlxalq təşkilatların ümumi rəyi belədir ki, hazırda Azərbaycan iqtidar-xalq birliyinin möhkəm olduğu 20 dövlət sırasında qərarlaşmışdır. Cənab prezidentimiz yüksək intellektual səviyyəli ictimai dövlət xadimi və şəxsiyyətdir. İlham Əliyev cənabları milli kökə, milli dəyərlərə əhalinin əsrlərin arxasından süzülüb gələn dini hisslərinə böyük hörmət və ehtiramla yanaşır. Bu kimi yüksək insanı keyfiyyətlərinə görə ölkə əhalisinin bütün təbəqələri onu qəbul edib, onun iş üslubunu bəyənir, onu özlərinə arxa, dayaq sayırlar. Hər kəsin yaxşı yaşaması, sabaha işıqlı ümidlərlə baxması istəyi onun amalıdır. Cənab Prezidentimiz bütün səmimiyyəti ilə qeyd edir ki, “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər”. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Bu zaman qalib sərkərdə seçicilərin 92.12% səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident İlham Əliyev cənablarına dünya ölkələri tərəfindən verilmiş mühüm təltiflərin , ordenlərin , fəxri elmi adların , idman təşkilatlarının mükafatlarının sayı olduqca çoxdur və möhtərəm Prezident bunların hamısını haqq etmişdir və dünyada tanınmış dövlət xadimi səviyyəsinə yüksəlmişdir. Ulu öndərin bir vaxtlar söylədiyi “ Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq ” kəlamı bu günümüzün reallığıdır. Bu gün Azərbaycan ən qüdrətli dövlət kimi dünyaya səs salır. Prezident İlham Əliyevin “ Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara , beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rağmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycandakı ümumxalq birliyinin səbəbidir. Mədəniyyətlərarası dialoq Prezident İ.Əliyevin siyasətində prioritet sahələrdən biri olmuşdur. Onun bu siyasəti bütün beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi. Bakıda dəfələrlə mədəniyyətlərarası dialoq forumu keçirildi. 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili ”elan edildi. Ilham Əliyev Azərbaycan elmində islahatların aparılması ilə bağlı gördüyü işlər öz nəticəsini verməkdədir. “Elmin İnkişafı Fondunun, AMEA-nın Gəncə bölməsinin, yüksək Texnologiyalar Parkının yaradıması “Elm günü” təsis edilməsi cənab Prezidentin Azərbaycanda elmin inkişafına verdiyi ən böyük töhfələrdəndir. İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan 2020: “ Gələcəyə baxış ”inkişaf konsepsiyasında əhaliyə göstərilən səhiyyə xidmətlərinin yüksək keyfiyyətini qoruyub saxlamaq əsas prioritetlərdən biri kimi müəyyən olunmuşdur. İcbari Tibbi Sıgorta üzrə Dövlət Agentliyinin yaranması və tibbi sığortanın tətbiqi səhiyyənin inkişafında böyük rol oynadı. Azərbaycan gəncliyi , gənclərin cəmiyyətin həyatında fəal iştirakı Prezidentin xüsusi diqqət yetirdiyi sahələrdəndir. Gənclərin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramları “ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında ” Fərman möhtərəm Prezidentin ölkə gənclərinə diqqət və inamının göstəricisidir. Prezident İlham Əliyevin sayəsində Azərbaycan qlobal əhəmiyyətli təşəbbüslərin müəllifidir. Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın Beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Azərbaycan “Sülh naminə tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı olması Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarədir. “COP-29 İqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan artıq “ Kosmosu fəth edir”. 2013-cü ildə süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 16.11.2022-ci il tarixli sərəncamı ilə Prezident Böyük Qayıdışa dair I dövlət Proqramını təsdiq etmişdir. Proqramın əhatə dairəsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarıdır. Böyük Qayıdış çərçivəsində keçmiş, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçir. Müzəffər Ali Baş komandan İlham Əliyevin böyük qələbəsi bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırmışdır. Təyyubə Hüseynova Abşeron Rayon Saray 3 saylı tam orta məktəbin direktoru, “Əməkdar müəllim” Geri dön |