Ana Sayfa > Gündəm > Qazaxda “Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirildi

Qazaxda “Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirildi


Dünən, 11:18. Yazar: sevinc1
Qazaxda “Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirildi

Dekabrın 23-də Qazax Ədəbiyyat Muzeyində Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirildi.

aia.az xəbər verir ki, Qazax Ədəbiyyat Muzeyində təşkil olunmuş konfransda Milli Məclisin üzvləri Səməd Seyidov və Ülviyyə Ağayeva, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, partiya fəalları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin rəhbərliyi, müəllim və tələbələri, təhsil, mədəniyyət işçiləri, könüllülər, KİV-nin nümayəndələri iştirak edirdilər.

Kofransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün təmin olunması, suverenliyimizin bərpası uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kofransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin üzvləri Səməd Seyidov, Ülviyyə Ağayeva, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Mərkəzi Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva, BDU Qazax filialının Azərbaycan dili və Ədəbiyyatı kafedrasının müəllimi Yalçın Həsənov çıxış etdilər.

Natiqlər Ulu Öndər Heydər Əliyevdən miras qalan gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının bü gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən əzmlə, uğurla davam etdirilməsindən, Azərbaycan gəncliyinin yüksək səviyyəli dövlət qayğısı ilə əhatə olunmasından ətraflı danışdılar.

Çıxış edənlər müasir, müstəqil, suveren Azərbaycanın uğurlarının, tarixi Zəfərin yaratdığı mövcud reallıqlar fonunda ölkəmizin dünyada nüfuzunun artmasının, güclü və qüdrətli bir ölkəyə çevrilməsinin, müstəqil siyasət yürütməsinin və dünya siyasi arenasının fəal üzvü olmasının bəzi dövlətlər və düşmən mövqeli qüvvələr tərəfindən qəbul edilmədiyini bildirdilər. Buna görə də ölkəmizə qarşı qarayaxma, böhtan, ideoloji təxribat kampaniyalarının aparıldığını, qərəzli ittihamlar irəli sürüldüyünü qeyd etdilər. Natiqlər bütün bunların ölkəmizdəki mövcud sabitliyin pozulmasına, vətəndaşlarımız arasında gərginliyin yaradılmasına xidmət etdiyini vurğulayaraq, bu şər qüvvələrin heç vaxt öz istəklərinə nail olmayacaqlarını, onların çirkin niyyətlərinin hər zaman ürəklərində qalacağını söylədilər. Çıxış edənlər istər daxili, istərsə də xarici düşmənlərə qarşı milli birlik, həmrəylik nümayiş etdirən Azərbaycan gənclərinin belələrinə hər zaman tutarlı cavab verdiyini, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək inamla Azərbaycanın inkişafı naminə yüksək fəallıq göstərdiklərini xüsusi qeyd etdilər və bu yönümdə gənclərə uğurlar arzuladılar.

Konfrans gənclərlə diskusiya şəraitində başa çatdı.



Geri dön