Ana Sayfa > Özəl > Mən fəxr edirəm ki, Azərbaycan gənciyəm.

Mən fəxr edirəm ki, Azərbaycan gənciyəm.


Dünən, 22:08. Yazar: sevinc1
Mən fəxr edirəm ki, Azərbaycan gənciyəm.

“Vətənin, xalqın, millətin bu günü hər kəsi maraqlandırır, onun gələcəyi barədə isə yalnız əsl vətənpərvərlər və dahilər fikirləşir.” Mənim fikrimcə, Azərbaycan xalqı çox xoşbəxt bir xalqdır ki, onun gələcəyinin qayğısını çəkən Ümummilli lideri- Heydər Əliyevi olub. Dahi rəhbərin uzaqgörən, çoxşaxəli siyasətinin mərkəzində güclü və ən əsası, müstəqil Azərbaycan dayanırdı. Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən bütün sahələrdə xalqının mənafeyini müdafiə edərək qüdrətli Azərbaycanın təməlini qoyan Ulu Öndər dövlətimizin inkişafını, çiçəklənməsini və intibah səviyyəsinə çatmasını təmin edərək xalqının taleyini etibarlı əllərə əmanət etdi. Uzaqgörən lider Azərbaycan xalqının inkişaf yolunda sarsılmaz addımlarla irələlicəyinə ümid bəslədiyi namizəd – Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı uğurlu yola apardı.Ulu öndərin söylədiyi fikirlər bu gün biz gənclərin ən dəyərli kəlamına çevrilmiş bu fikirlər bizi işıqlı və sağlam gələcəyə səsləyir. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm” fikri biz gəncləri uğura, azadlığa, müstəqilliyə, inkişafa və müasirliyə səslədi. Ulu Öndərin uzaqgörənliyini bir daha təsdiq edərək xalqının və onun rəhbərinin ümidlərini doğruldan cənab prezident İlham Əliyev faktiki olaraq Azərbaycanı bütün istiqamətlərdə özünün ən yüksək zirvəsinə çatdırmağa nail oldu. Başda ərazi bütövülüyümüzün təmin olunması olmaqla, istər daxili idarəetmə və demokratik-siyasi quruculuq, istər beynəlxalq nüfuz və iqtisadi inkişaf kimi sahələrdə ölkəmiz digər dövlətlər üçün siyasi inkişaf modelinə çevrildi. Onun rəhbəri isə yürütdüyü effektiv daxili və xarici siyasəti, uğurlu və strateji diplomatik addımları ilə qlobal arenada nümunəvi müasir siyasi xadim kimi özünü subut etdi.Təməli hələ Ulu Öndər Heydər Əliyev tərəfindən “Uğurlu gələcəyin təminatçısı güclü, sarsılmaz ordudur.” şüarı ilə qoyulmuş Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdə əldə etdiyi ardıcıl uğurlar məhz məqsədyönlü siyasətin və uğurlu diplomatiyanın nəticəsidir. Cənab Prezident İlham Əliyev Dünyanın 30-dan çox ölkəsinin media qurumlarına Vətənimizin haqlı mövqeyini mahir ustalıqla ictimaiyyətə çatdırmaqla kifayətlənməyib öz dəstxətti ilə qlobal arenada digər müasir siyasi xadimlər üçün nümunə oldu.Bizim siyasətimizin mərkəzində “Azərbaycan vətəndaşı dayanır” kəlamı ətrafında həm öz daxili, həm də xarici siyasətini xalqının maraqlarını müdafiə etməyə həsr edən cənab Prezident İlham Əliyev həqiqətən də Ümummili liderin uğurlu siyasi xəttini davam etdirərək, millətinin ona olan ümidlərini doğruldaraq müstəqil Azərbaycanı öz inkişafının ən pik mərhələsinə çatdırmış və özünəməxsus imzası, siyasi yolu, uzaqgörən və incə düşünülmüş diplomatiyası ilə həm yerli, həm də beynəlxalq miqyasda təkrarolunmaz və nümüunəvi siyasi lider obrazı yaratmışdır. Bu gün mən Azərbaycan təhsili alaraq dünyanın ən nüfuzlu ali məktəbində təhsilimi davam etdirirəm. Burada təhsil alan gənclərlə hər an vətənimdən xalqımdan və zəfəri bizə yaşadan Ali Baş Komandanımızdan, eyni zamanda şəhidlərimizin, qazilərimizin şücaətindən danışıram. Söhbət zamanı mən qürur duyur fəxr edirəm. Onun üçün fəxr edirəm ki, bu gün dünya gəncləri bizi güclü, qüdrətli, ədalətli və qələbəni qazandıran Azərbaycan liderini tanıyır və hörmət bəsləyirlər. Bu hisslər biz gəncləri sevindirir, xalqımızla liderimizlə fəxr etmək hisslərini yaşadır. Bu hiss bizi hər an xoşbəxt etməklə yanaşı daha məsuliyyətli olmağa çağırır. Bu gün biz gənclərin bir arzusu var vətəndən kənarda təhsilimizi bitirib məmləkətə dönmək və Qarabağımızda çalışmaq. Gənclərin arzularını həyata keçirən bu xoşbəxtliyi bizə yaşadan gücümüzü, qürurumuzu biz gənclərə qaytaran cənab Prezident hər zaman Sizin ətrafınızda sıx birləşmiş gənclərik biz. Mən fəxr edirəm ki, mən Azərbaycan gənciyəm.

Gülnur Ağakişiyeva,
Corc Vaşinqton Universitetinin bakalavr tələbəsi,
Nəsimi rayon gənci.




Geri dön