Ana Sayfa > Özəl > Kreml Trampın müşavirinin Moskvaya mümkün səfərindən danışıb

Kreml Trampın müşavirinin Moskvaya mümkün səfərindən danışıb


Dünən, 19:39. Yazar: sevinc1
Kreml Trampın müşavirinin Moskvaya mümkün səfərindən danışıb

ABŞ rəsmiləri ABŞ-ın seçilmiş lideri Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun Moskvaya mümkün səfəri ilə bağlı Rusiya ilə əlaqə saxlamayıb. TASS xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.
“Bəli, mən də Kelloqun Moskvaya səfərinin planlaşdırıldığı barədə məlumat gördüm. Amma düzünü desəm, Vaşinqtondan heç kim Moskvada hansısa təmasların aparılması ilə bağlı bizə müraciət etməyib”, - Kreml nümayəndəsi qeyd edib.
Dekabrın 18-də Bloomberg məlumatlı mənbəyə istinadən xəbər verib ki, Kelloq yanvarda Kiyevə səfərindən sonra Moskvaya səfər edə bilər. Səfər zamanı Trampın xüsusi nümayəndəsi mümkün danışıqların təşkili ilə bağlı məlumat toplamaq üçün London, Paris və Romaya da səfər etməyi planlaşdırır.

aia.az
Tərcümə şöbəsi
Geri dön