Ana Sayfa > Siyasət > Xorvatiya Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Xorvatiya Prezidenti İlham Əliyevə təbrik ünvanladı


Dünən, 17:36. Yazar: sevinc1
Xorvatiya Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

aia.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, şəxsi həyatınızda və ali dövləti fəaliyyətinizdə çoxlu uğurlar arzulayıram.

Əminəm ki, bizim dost ölkələrimiz bundan sonra da ümumi əlaqələrimizin yaxşılaşdırılmasına və əməkdaşlığın yeni formalarının tapılmasına çalışacaq. Ölkələrimizin malik olduğu iqtisadi imkanlar daha yaxşı və daha məzmunlu əməkdaşlığı təşviq edə bilər.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

aia.az
Geri dön