Ana Sayfa > Özəl > Bəşər Əsədin həyat yoldaşı Rusiya Federasiyasını tərk etmək istəyir

Bəşər Əsədin həyat yoldaşı Rusiya Federasiyasını tərk etmək istəyir


Bu gün, 12:16. Yazar: sevinc1

Bəşər Əsədin həyat yoldaşı Rusiya Federasiyasını tərk etmək istəyir

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd nikahını bitirərək Rusiyanı tərk etməyə hazırlaşır. Bu barədə “Əl-Cəzirə” yazır.Qeyd olunur ki, Əsma Əsəd boşandıqdan sonra Londona getməyə hazırlaşır.

Mənbələr bildirir ki, qadın boşanmaq üçün Rusiya məhkəməsinə müraciət edib. O, eks-prezidentdən boşanmaq üçün böyük hüquq firmalarına müraciət edib. Müraciətə baxılır və yekun qərar hələ verilməyib.
Bundan əvvəl silahlı müxalifət Dəməşqə daxil olaraq hakimiyyəti ələ keçirdiklərini bəyan etmişdi. Rusiya Bəşər Əsəd və ailəsinə siyasi sığınacaq vermək qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, Əsədin müxalifətlə danışıqları nəticəsində o, prezident postunu tərk etmək qərarına gəlib və “hakimiyyətin təhvil-təsliminin sülh yolu ilə həyata keçirilməsi üçün göstərişlər verərək” ölkəni tərk edib.

aia.az
Tərcümə şöbəsi
Geri dön