Ana Sayfa > Manşet / Ölkə > Dağlıq rayonlarda 5 dərəcəyədək şaxta olub -
Dağlıq rayonlarda 5 dərəcəyədək şaxta olub -Bu gün, 09:43. Yazar: sevinc1 |
Dekabrın 23-ü saat 09:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən xəbərə görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Sumqayıt, Şamaxı, Qobustan, Kürdəmir, Cəfərxanda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 2 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb. aia.az Geri dön |