Ana Sayfa > Siyasət > "Azərbaycan Respublikasının D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul olunması ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlıqda mövqeyini gücləndirməklə yanaşı, yeni inkişaf perspektivləri açır"
"Azərbaycan Respublikasının D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul olunması ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlıqda mövqeyini gücləndirməklə yanaşı, yeni inkişaf perspektivləri açır"20-12-2024, 15:57. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul olunması ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlıqda mövqeyini gücləndirməklə yanaşı, yeni inkişaf perspektivləri açır. Bu əlamətdar hadisə Azərbaycanın iqtisadi potensialını, strateji əhəmiyyətini və beynəlxalq əməkdaşlığa sadiqliyini bir daha sübut edir. 1997-ci ildə yaradılmış, Türkiyə, İran, Pakistan, İndoneziya, Malayziya, Misir, Banqladeş və Nigeriya kimi mühüm ölkələrdən ibarət bu təşkilatın məqsədi iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı dərinləşdirmək, texnologiya transferini asanlaşdırmaq və üzv ölkələrin dünya bazarlarında rəqabət qabiliyyətini artırmaqdır. Azərbaycanın bu təşkilata üzv qəbul olunması, ölkəmizin dinamik iqtisadi inkişafına və beynəlxalq aləmdə etibarlı tərəfdaş imicinə verilən yüksək qiymətdir. Azərbaycan bu əməkdaşlıq çərçivəsində nəqliyyat-logistika, enerji, kənd təsərrüfatı, texnologiya və ticarət sahələrində yeni layihələr həyata keçirəcək. Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz layihəsi D-8 ölkələrinin Avropa və Asiya arasında ticarət əlaqələrini gücləndirəcək və daha sürətli, effektiv nəqliyyat imkanları yaradacaqdır. Bundan əlavə, Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələr və təcrübəsi D-8 ölkələri üçün böyük maraq doğurur və ölkəmiz yaşıl enerjiyə keçid prosesində üzv ölkələrlə əməkdaşlıq edərək təcrübə mübadiləsi aparacaqdır. Bu üzvlük eyni zamanda mədəni, təhsil və sosial sahələrdə də əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar açır. Tarixən bir-biri ilə sıx əlaqələrə malik olan xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşmanı daha da dərinləşdirmək üçün D-8 platforması fəal şəkildə istifadə ediləcəkdir. Əminəm ki, Azərbaycanın D-8 ailəsinə qoşulması həm ölkəmizə, həm də təşkilata yeni dinamizm gətirəcək, davamlı inkişaf üçün yeni imkanlar yaradacaq və Azərbaycanın zəngin təbii resursları, enerji ehtiyatları, strateji coğrafi mövqeyi və sürətlə inkişaf edən sənaye və nəqliyyat infrastrukturu qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və birgə tərəqqi prinsiplərinə əsaslanan bu təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcəkdir. Azər Kərimli, Milli Məclisin deputat Geri dön |