Ana Sayfa > Gündəm / Karusel > General-leytenant vəzifəsindən azad edildi

General-leytenant vəzifəsindən azad edildi


20-12-2024, 11:40. Yazar: sevinc1
General-leytenant vəzifəsindən azad edildi

Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib.

aia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, general-leytenant Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

General-leytenantın yerinə hələ ki, təyinat yoxdur.

Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.

aia.az
Geri dön