Ana Sayfa > Şou-biznes / Karusel > BAKIDA 400 MİN MANATA İŞLƏNMİŞ MAŞINLAR SATILIR

BAKIDA 400 MİN MANATA İŞLƏNMİŞ MAŞINLAR SATILIR


24-01-2017, 13:32. Yazar: admin


Hətta yarım milyon manat dəyərində olan avtomobillərdə satılır
Bakıda yerləşən avtosalonlarda qiyməti 250, 300 və 400 min manat olan işlənmiş avtomobillər satılır. Bu avtomobillər 2-ci əl olsa da təzəsindən fərqlənmir. Hazırda paytaxtdakı bir çox avtosalonda qiyməti 200 min manatdan yuxarı olan avtomobilləri görmək olur. Satıcılar bildirir ki, indi əsas təlabat görünüşü yaxşı, amma qiyməti aşağı olan avtomobillərədir.

"Mir" avtosalondan bildirilir ki, dollar manat qarşısında dəyər qazandıqca bu avtomobillərin qiyməti də yüksəlir. Belə bahalı maşınlar əvvəllər xaricdən tez-tez gətirilsə də, indi əsasən ölkədəki avtomobillər satılır.

Avtosalonlar son dövrlər belə bahalı maşınlara əsasən xarici ölkələrdən maraq göstərildiyini bildirir. Bunun səbəbi maşınların dollar dəyərinin aşağı olmasıdır.

Hazırda paytaxtda hətta yarım milyon manat dəyərində olan avtomobillərdə satılır ki, belə avtomobillərin sahibləri onların açıq satışından çəkinirlər.


Geri dön