Ana Sayfa > Dünya > Rusiyada keçmiş nazir müavininin həbs müddəti uzadıldı
Rusiyada keçmiş nazir müavininin həbs müddəti uzadıldı19-12-2024, 23:53. Yazar: sevinc1 |
![]() Moskvanın Nikulinski Məhkəməsi 175 milyon rubldan çox ziyanla dələduzluq işi ilə məşğul olan Rusiya energetika nazirinin keçmiş müavini Anatoli Yanovskinin həbs müddətini martın 13-dək uzadıb. aia.az xəbər verir ki, bu barədə Rusiya mediasına onun vəkili Ruslan Kojura məlumat verib. Məhkəmə bu iş üzrə daha iki təqsirləndirilən şəxsin həbs müddətini uzadıb: “GURSH” Zərərli Mədənlərin və Açıq Mədənlərin Yenidən Təşkili və Ləğv edilməsi üzrə Federal Dövlət Büdcə Qurumunun Kuzbass filialının rəhbəri Əseldir Rəcəbov və MMC-nin direktor müavini Natalya Koneva. Energetika nazirinin digər təqsirləndirilən müavini Sergey Moçalnikov isə ev dustaqlığında qalıb. aia.az Geri dön |