Ana Sayfa > Dünya > Aİ sammiti Ukraynaya 2025-ci ildə 30,6 milyard avro ayıracaq
Aİ sammiti Ukraynaya 2025-ci ildə 30,6 milyard avro ayıracaq19-12-2024, 20:42. Yazar: sevinc1 |
Avropa İttifaqı (Aİ) ölkələri birliyin sammitində 2025-ci ildə Ukraynaya 30,6 milyard avro dəyərində büdcə makromaliyyə yardımı göstərəcəyini vəd edib. aia.az xəbər verir ki, bu barədə sammitin yekun bəyanatında deyilir. Sənədə əsasən, bu məbləğin 12,5 milyard avrosu 2027-ci ilə qədər ümumi həcmi 50 milyard avro olacaq Avropa Ukraynaya Dəstək Fondundan ödəniləcək. 18,1 milyard avro G7-nin 45 milyard avroluq kredit proqramından ayrılacaq ki, bunun da Rusiya aktivlərinin yenidən investisiya edilməsindən əldə olunacaq gəlirlərin “müsadirə edilməsi” yolu ilə qarşılanacağı gözlənilir. aia.az Geri dön |