Ana Sayfa > Özəl > İstanbulda sosial media fenomeni 4-cü mərtəbədən düşdü körpə qızı evdə köməksiz qaldı

İstanbulda sosial media fenomeni 4-cü mərtəbədən düşdü körpə qızı evdə köməksiz qaldı


19-12-2024, 14:06. Yazar: sevinc1
İstanbulda sosial media fenomeni 4-cü mərtəbədən düşdü körpə qızı evdə köməksiz qaldı

İstanbulun Kağıthane şəhərində 28 yaşlı iranlı sosial media fenomeni Sara Mohseni gecə saatlarında 4-cü mərtəbədəki evinin pəncərəsindən yıxılıb. Ağır xəsarət alan qadın xəstəxanaya aparılarkən, evdə sıxılmış vəziyyətdə qalan 2 yaşlı qızı yanğınsöndürənlər tərəfindən xilas edilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Hadisə dekabrın 6-da cümə günü saat 01:00 radələrində Çeliktəpə rayonunda baş verib. Əldə edilən məlumata görə, 2 yaşlı qızı ilə İstanbulda yaşayan iranlı sosial media fenomeni Sara Mohseni gecə saatlarında evə taksi ilə gəlib.
Bir neçə saat sonra Möhseni naməlum səbəbdən 4-cü mərtəbədəki evinin pəncərəsindən yıxılıb. Səsləri eşidən vətəndaşlar yanğınsöndürənlərə xəbər veriblər.Xəbər üzərinə hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib. Qısa müddətdə hadisə yerinə gələn tibb qrupları ağır yaralanan Möhsənə ilkin tibbi yardım göstərdikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar.

Polis qrupları qadının 2 yaşındakı qızının evdə sıxışdığını müəyyən edib. Bunun üzərinə yanğınsöndürənlər kiçik qızı pəncərədən çıxararaq xilas ediblər.
Xəstəxanada Möhsənin müalicəsinin davam etdiyi, vəziyyətinin ağır olduğu öyrənilib.

aia.az
Tərcümə şöbəsi
Geri dön