Ana Sayfa > Manşet / Karusel > İlham Əliyevdən Qarabağla bağlı kəskin bəyanat

İlham Əliyevdən Qarabağla bağlı kəskin bəyanat


23-01-2017, 17:11. Yazar: admin


Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək.

Bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, münaqişənin həlli çox sadədir:

"Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin, bu olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həm tarix, həm də bütün dünya birliyi bunu belə qəbul edir".


Geri dön