Ana Sayfa > Özəl > MİT-dən Suriyada dəqiq əməliyyat: PKK/PAJK-nın sözdə lideri zərərsizləşdirilib
MİT-dən Suriyada dəqiq əməliyyat: PKK/PAJK-nın sözdə lideri zərərsizləşdirilib19-12-2024, 12:08. Yazar: sevinc1 |
MİT Suriyanın Qamışlı bölgəsində təşkil etdiyi əməliyyatla PKK/PAJK Cezire bölgəsinin baş direktoru Nesrin Amed kod adlı Yayla Kızılkayanı zərərsizləşdirib. Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT Türkiyə, İraq və Suriyadakı silahlı fəaliyyətinə görə 14 yaşında PKK-nın kənd kadrlarına qoşulan Yayla Kızılkayanı hədəf siyahısına daxil edib. Terrorçu Kızılkaya Suriyada PKK-nın qadın kadrlarının idarə olunmasından məsul olub. Yayla Kızılkaya getdiyi bölgələrdə qadın işçilərlə görüşlər keçirir, onları yoxlayırdı. O, həmçinin suriyalı qadınlara qarşı yönəlmiş ideoloji fəaliyyətlərin ümumi koordinasiyasına cavabdeh idi. PKK terrorçusu Kızılkaya qadın kadrları idarə etməklə yanaşı, təşkilatın rəhbərliyi altında Suriya xalqını istiqamətləndirmək üçün təşkilatlanma və iştirak fəaliyyətləri də təşkil edirdi. Xüsusilə, Suriya xalqının təşkilatın ideologiyasını mənimsəməsi, ajiotaj etməsi və təşkilatın lehinə hərəkət etməsi üçün təşkilati təlimlər verirdi. PKK/PAJK Cezire Bölgəsi sözdə baş direktoru Nesrin Amed kod adlı Yayla Kızılkaya uzun müddətdir MİT tərəfindən təqib edilirdi. Qızılkayaya qarşı əməliyyat üçün ən uyğun vaxt müəyyən olunduğu zaman düyməyə basılıb. MİT-in Suriyanın Qamışlı bölgəsində keçirdiyi nöqtə əməliyyatı nəticəsində terrorçu Yayla Qızılkaya zərərsizləşdirilib. aia.az tərcümə şöbəsi Geri dön |