Ana Sayfa > Gündəm / Manşet > Şeyxülislama sual: Hacı konyak içə bilərmi? – VİDEO

Şeyxülislama sual: Hacı konyak içə bilərmi? – VİDEO


24-06-2015, 07:53. Yazar: admin

“QMİ Hacı İbrahim Nehrəmli ilə bağlı fətva versin”.

Qazaxlı iş adamı Elşad Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət edib.

O, Hacı İbrahim Nehrəmlinin Hacılıqdan məhrum edilməsini istəyib.

Aia.az xəbər verir ki, Moderator.az-a açıqlama verən Elşad Məmmədov buna səbəb kimi İbrahim Nehrəmlinin yayımlanan video müsahibəsində hər səhər konyak içməsini etiraf etməsidir:

"Müqəddəs torpaqları ziyarət etmiş bir şəxsin nümayişkaranə şəkildə ekranlara çıxaraq “hər səhər konyak içirəm” deməsi nə dərəcədə düzgündür? Mən QMİ sədri Hacı Allahşükür Paşazadəyə müraciət edirəm, Hacı konyak içə bilərmi?

Bunla bağlı da açıqlama versinlər. Avopa Oyunları ilə bağlı məlumat yayaraq bildirirlər ki, idmançılar oruc tutmaya bilər, indi bu məsələ ilə bağlı da fətvalarını versinlər. Həccə gedən konyak içə bilərmi?”

Qeyd edək ki, Hacı İbrahim Nehrəmlinin yayımlanan video müsahibəsində 4.40 dəqiqədə konyak içməsini etiraf edir.
Geri dön