Ana Sayfa > Siyasət > Türkiyə hərbçiləri Suriyada İŞİD-in 65 yaraqlısını məhv edib
Türkiyə hərbçiləri Suriyada İŞİD-in 65 yaraqlısını məhv edib23-01-2017, 16:24. Yazar: admin |
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı keçən sutka ərzində Suriyanın şimalında “Ərəfat qalxanı” əməliyyatı çərçivəsində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının 65 yaraqlısını məhv etdiyi barədə məlumat yayıb. Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. “Hərbi Hava Qüvvələri tərəfindən Əl-Bab və Bzaqa rayonlarında endirdirilən aviazərbələr nəticəsində İŞİD-in 14 obyekti, o cümlədən 7 sığınacaq, 6 qərargah və bir silahla təchiz edilmiş nəqliyyat vasitəsi məhv edilib. İŞİD-in 65 yaraqlısı zərərsizləşdirilib”, - Türkiyənin Baş Qərargahından RİA Novosti-yə verilən məlumatda deyilir. Məlumata görə, beynəlxalq koalisiya Tadif, Abu Cabbar və Uvayaşiya rayonlarında üç hava əməliyyatı keçirib. Əməliyyat zamanı İŞİD-in nəqliyyat vasitələri, tank və minaatanları məhv edilib. Geri dön |