Ana Sayfa > Gündəm > Prezident bu körpünün tikintisinə 10 milyon manata yaxın pul ayırdı
Prezident bu körpünün tikintisinə 10 milyon manata yaxın pul ayırdıBu gün, 15:48. Yazar: sevinc1 |
Prezident İlham Əliyev “Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında” Sərəncam imzalayıb. aia.az xəbər verir ki, Sərəncama əsasən, Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi məqsədilə 9 milyon 960 min manat vəsait Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. aia.az Geri dön |