Ana Sayfa > Özəl > Laçının qədimliyini özündə yaşadan, bərpa və restavrasiyasını gözləyən tarixi-mədəni abidələri
Laçının qədimliyini özündə yaşadan, bərpa və restavrasiyasını gözləyən tarixi-mədəni abidələriBu gün, 12:48. Yazar: sevinc1 |
Arxeoloji və tarixi tədqiqatlar təsdiqləyir ki, Azərbaycan ərazisi bəşər sivilizasiyasının meydana gəldiyi ilk yerlərdəndir. Təbii coğrafi mühitin və həyat şəraiti üçün zəruri şərtlərin olduğu bu ərazilər ilk insan məskənləri kimi tarixə düşmüşdür. Aparılan arxeoloji və tarixi tədqi-qatların nəticəsində məlum olmuşdu ki, burada yaşamış qədim insanlar zəngin tarixə malik olmuş və maddi mədəniyyət nümunələri yaratmışlar. Manna və Atropatena dövlətlərinin mədəni abidələri, müdafiə tikililəri, qalalar, yolüstü karvansaralar, o dövrün qala divarları, Urmiya gölü ətrafındakı sərdabələrin tədqiqi göstərir ki, hələ e.ə.IV əsrdə bu yerlərdə yaşayış mədəniyyəti o səviyəyə olub ki, hətta eyvanlı evlər də tikilirmiş. Qafqaz Albaniyasında Qəbələnin möhkəm qala divarları, saxsı borularda şəhərə su çəkilməsi, Çıraqqala, və Mingəçevirdəki məbədlər kompleksi, yaxud Sasanilər dövrü tarixini özündə qoruyub saxlayan müdafiə xarakterli abidələr də bunları söyləməyə əsas verir. İslam dininin Qafqazda yayılmasından sonra Azərbaycan memarlığının inkişafında müəyyən dəyişik-liklər özünü göstərmiş, yeni tipli memarlıq tikililəri, məscidlər, mədrəsələr və türbələr tikilməyə başlanmışdı. Ərdəbil, Marağa, Urmiya, Şamaxı, eləcə də Bərdə, Şabran və digər yaşayış yerləri o dövr üçün Azərbaycanın ən inkişaf etmiş mədəniyyət mərkəzləri sayılırdı . Qədim tarixi abidələrilə zəngin olan Laçın bölgəsi antik dövrlərdə və erkən orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmaqla ölkəmizin ən qədim insan məskənlə-rindəndir. Ərazinin çoxsaylı kəndləri, yaşayış məskəni kimi çox-çox qədimlərdən xəbər verir. Belə ki, bu ərazilərdə xristianlıqdan əvvəllərə aid abidələrin günümüzə qədər qalması fikrimizi təsdiq edir. Qalalar, Qəbirüstü abidələr, kahalar, mağaralar, kurqanlar bu gündə sirli olaraq qalır. Qurdqajı (Kürdhacı) və Ərikli kəndi arasında olan Alban abidəsi, Kiş dağında yerləşən Vəng abidəsi, Cicimli kəndi ərazisində daş dövrünə aid “Kurqan”, dəmir dövrünə aid “Qız qəbri”, qədim Qəbristanlıq”, “Mir Cəfər галасы”, “Malik-Əjdər” türbəsi və s. abidələr bu ərazilərin qədim minilliklərdən xəbər verdiyini göstərir. Abidələr içərisində diqqəti xüsusilə Kiş sülaləsinin adını daşıyan Laçında Kiş dağı, Şəkidəki Kiş kəndi və Kiş çayı cəlb edir. Altı min illik tarixi yaddaşımız bu abidələr vasitəsilə təsdiqini tapır. Bununla biz Laçın rayonu ərazisində məskunlaşmış ulu babalarımızın altı min illik bir tarixə malik olmasının, e.ə IV minillikdə bu yerlərin sahibi olduqlarının bir daha şahidi oluruq. Rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kən-dindəki “mağara məbəd”, hələ eramızdan əvvə II-I minilliyə aid edilən Azıx və Tağlar mağa-raları ilə müqayisə edilə biləcək qədər tariximizin dəyərli və nadir sənət əsərlərindəndir. Bununla yanaşı rayonun ərazisində olan qədim qaya təsvirləri, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr, at və qoç fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Uşaq qalası (XV əsr), Kar kümbəz (XVII əsr), habelə X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcədə çoxsaylı su dəyirmanları və s. kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyirlər. Əfsuslar olsun ki, tarix və mədəniyyət nümunələrimiz münaqişələrin qurbanlaına çevril-mişdi. Onların bir çoxu zəmanəmizə qədər gəlib çıxmamışdır. XX əsrin əvvəllərində və sonlarında ermənilərin, “Böyük Ermənistan” yaratmaq xülyası nəticəsində Azərbaycan xalqının tarixini, mədəniyyətini və qədimiliyini özündə əks etdirən, yer üzündən silinən abidələrimiz yüzlərlədir. Azərbaycan Prezidenti İlham Əliyev də Qoşulmama Hərəkatının XVIII Zirvə görüşündəki çıxışında bu barədə demişdi: “Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir”. Bunların təsdiqi olaraq “Tarix və mədəniyyət abidələrini müdafiə təşkilatı”nın Azərbaycanın işğal olunmuş ərazilərində qalan 4500 abidədən 2550-sinin hansı coğrafi ərazidə yerləşməsi və yaşı haqqında görüntülərlə mühüm məlumatlar əldə etməsini göstərmək olar. Qalan abidələr isə görünür məhf edilmiş və yaxud da Ermənistana daşınmışdır. Mövcud olan abidələrə əsasən demək olar ki, tariximizin qədim dövrlərini özündə yaşadan, abidələrin çox olduğu ərazilərdən biri də Laçın bölgəsidir. Laçın ərazisində qədim Tarix və memarlıq abidələri ilə təbiət bir-birini sanki tamamlayırdı. Cicimli, Güləbird, Soltanlar, Zeyvə, Malıbəy, Bülövlük, Araflı, Əliqulu, Malxələf, Hüsülü, Kosalar, Seyidlər, Pircahan, Kürd-hacı və digər kəndlərdəki tarixi abidələr (12 qoç, 28 at fiquru, 36 müxtəlif sujetli yazılar və rəsmlər, sal daş, müxtəlif dövrlərdə ərəb əlifbası ilə yazılmış, bir-birinə bənzəməyən sənət rəmz-ləri həkk edilmiş qəbirüstü daşlar, məşhur Sarı Aşığın sevgilisi Yaxşının məzarı) və s. bu torpaqlarda min illər boyu yaşayan əcdadlarımızın bizə yadigar qoyduğu nişanələrdi. Abidələrin əksəriyyəti xristianlıqdan əvvəlki dövrə aid, Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Minilliklərin yadigarı olan abidələr, təəsüf ki, heç də hamısı bu günümüzə qədər gəlib çıxmayıb. Bu abidələrin sıradan çıxmasının təbii və süni səbəbləri olmuşdu. Belə ki, təbii aşın-malara və baxımsızlığa məruz qalan abidələr təəsüf ki, insan əməlinin də qurbanlarına çevril-mişlər. Çox heyflər ki, Qarabağın, o cümlədən Laçının işğalı nəticəsində bu tarixi incilər də təca-vüzün qurbanına çevrildi. Bütün bunlar azimış kimi, tarixin yadigarları olan qala və məbədlər saxtakarcasına talan edilərək erməniləşdirilmişdir. Uzaq keçmişimizin yadigarı olan hər bir abidə mənsub olduğu xalqın tarixini, onun mədəniyyətini, özünəməxsus ənənə və xüsusiyyətlərini əyani surətdə əks etdirən “canlı” tarixdir. Adətən belə deyirlər, hər hansı xalqın mədəni keçmişi, milli mənsubiyyəti və koloriti barədə ilk təsəvvür əldə etmək üçün onun bircə abidəsinə baxmaq kifayyətdir. Laçında isə belə abidələr olduqca çoxdur. Belə ki, Laçının Böyük Seyidlər kəndində yerləşən müqəddəs yerlərindən olan Alı Xəlifə (ocağı) sərdabəsi, Seyid Hüseyn ziyarətgahı, Hacı İbrahim ağanın dəfn edildiyi "Güllü qəbir" piri, Zeyvədə Şeyx Əhməd, 1-ci və 2-ci Soltanbaba , Minkənddə XV əsr məbədi, Qarıqışlaqda Dəmirovlu pir məbədi, Bülövlük kəndinin şimalındakı qədim Kişpəyədə Alban məbədi, Piçənisdə Alban məbədi, Xan qəbiristanlığındakı Zəngəzurun sultanları- Qara Murtuza bəyin, 1-ci Alməmmədin, 2-ci Alməmmədin hasardakı türbələri, Şeyx Şamillə dostluq etmiş, ona kömək göstərmiş Cəbrayıl bəyin türbəsi, Pircahan çayında Məşədi Mehralı körpüsü, Seyidlər kəndində bir tağlı və Minkənddə bir-iki tağlı körpülər belə abidələrdəndir. Göründüyü kimi qəhrəmanlıq mübarizələrinin möhtəşəm rəmzi olan qədim məbədlər, qalalar, dini təriqətlərin keçirildiyi məscidlər, ayrı-ayrı şəxsiyyətləri əbədiyyətə qovuşduran məqbərə və sərdabələr zəngin xalq sərvətinin parlaq nümunələridir. Belə nümunələrdən biri Laçının incisi olan Ağoğlan məbədidir. Məbəd Laçında Həkəri çayının sağ sahilində, Kosalar kəndinin yaxınlığında 2 hektarlıq ərazidə yerləşir. Ağoğlan məbədi V-VI əsrlərə aid alban monastırıdır. Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarı ilə kilsə üslubuna- məbədə, monastıra uyğunlaşdırılıb. Bu abidə bərpa edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, onun üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan məbədi Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələ-rindən birinə çevrilmişdir. Ağoğlan məbədinin uzunluğu 25, eni isə 12,5 metrdir. Kvadrat formalı səkkiz dayaq sütununun iki sırası binanın daxilini üç hissəyə bölür. Əvvəllər məbədin qəsr kimi tanınması rəvayətlərdə də öz əksini tapmışdır. Belə rəvayət edilir ki, qədim zamanlarda bu ərazidən keçən gənc bir səyyah buranın gözəl təbiətinə heyran olmuş və bu məkanda qəsr tikdirmək qərarına gəlmişdir. Yerli əhalidən, tikinti işini bacaran könüllülərindən dəstə toplayıb işə başlamışdı. Xalqın sevgisini və rəğbətini qazanan gənc, çox yaraşıqlı olduğundan yerli əhali onu “Ağ oğlan” adlandırıırmış. Tikilən qəsr vaxtilə “Qaranquş qəsri” adı ilə də tanınmışdir. Bununla bağlı olan rəvayət də çox maraqlıdır. Deyilənə görə, günlərin bir günü, günorta yeməyi vaxtı bir qaranquş aşpazın başına fırlanıb, onun işçilərə yemək verməsinə mane olmağa çalışırmış. Ətrafdakı insanlar quşun bu hərəkətinə maraqla tamaşa edir, lakin heç nə anlamırmışlar. Qəflətən qaranquş özünü qaynar qazanın içinə ataraq ölür. Bundan qəzəblənən aşbaz yeməyi kənara boşaldarkən qazanda ilan ölüsü olduğunu görür. Camaat isə heyrətdən donub qalır. Qəsrin sahibi xilaskar quşun ölüsünü təntənə ilə tikilinin yanında basdırırlar. Qəsri də onun şərəfinə “Qaranquş qəsri” adlandırır. Lakin zaman ötdükcə qəsrin bu adı unudulmuş və məbədə çevriləndən sonra isə xalq arasında onu tikdirənin şərəfinə “Ağoğlan” kimi tanınmağa başlanmışdır. Məbəd 1992-ci il may ayının 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Laçın rayonunu işğal etdikdən sonra ermənilər Ağoğlan monastırının divarları üzərində olan bir neçə daş yazıları, eləcə də alban dövrünə məxsus xeyli sayda ornament və simvolları silib, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar. Əldə etdiyimiz məlumata görə 2006-cı ildə ermənilər abidəni ikinci dəfə təmir etmək adı ilə divarların müxtəlif yerlərinə abidənin erməni Qriqorian dininə məxsusluğunu göstərən 26 yazı lövhəsi yerləşdiribər. Kompleksin həyətinə sağ tərəfdən giriş qapısının yaxınlığına cərgə ilə 2 məzar daşı və komplek-sin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş qırmızı bazalt daşdan 2 xaç daşı basdırıb və üzərinə xaç qoymuşlar. İşğaldan sonra ermənilər bu abidəni “Cicernavank” adlandırblar. Rayonun Cicimli kəndi ərazisində, geniş məzarlıq içərisində yerləşən Malik-ƏJdər türbələri dünya memarlığının nadir incilərindəndir. Türbələrin tikilməsi barədə dəqiq məlumat yox-dur. Deyilənə görə yüzillik Səlib müharibəsində qələbə çalan, sonralar Qafqazda xristianlarla müharibələr zamanı böyük qəhrəmanlıq göstərmiş sərkərdə Malik və Əjdərin şərəfinə tikilmişdir. Cicimlidəki türbənin XII-XIV əsrlərdə tikildiyini ehtimal etmək olar. Belə ki, mən özüm 1980-1983-cü illərdə türbənin ətrafında traktorun yer şumlamasından sonra müxtəlif vaxtlarda tapıb topladığım, XII- XIV əsrlərə aid ərəb dilində üstü yazılmış sikkələri Laçın rayon tarix diyarşünaslıq muzeyinə təhfil vermişəm. Malik Əjdər Türbəsinin içərisi dairəvi, bayır tərəfdən isə səkkizbucaqlı formadadır. Türbəyə düzbucaqlı aşırımı olan giriş qapısı abidənin şimal üzündə yerləşir. Qapı gözünün üstü sivri tağ forması verilmiş bütöv bir daş ilə örtülmüşdür. Onun haşiyəsi içərisində yonma atlı fiqurun izləri müşahidə olunur. Bu yerlərin müdrik qocaları, Şah İsmayıl Xətainin gəcavə yolu ilə İrəvan çökəkliyinə gedərkən həmin bu türbələrdə gecələməsindən danışardılar. Bu türbələr Azərbaycan memarlığının tədqiq olunmamış böyük mənəvi sərvəti kimi qalmaqdadır. Nankor ermənilər hələ sovetlər dövründə hər iki abidənin üstündəki yazıları qaşımış, türbənin birinin içərisində olan qəbri qazmış və xeyli daş kitabələri çıxarıb aparmışlar. İşğal zamanı isə türbələrin əvvəl birinin sonra isə ikincisinin kümbəzlərini dağıtmışlar. El arasında “Kar günbəz” adlanan ikinci türbə bayır tərəfdən kvadrat şəkilindədir. Bu abidənin də XVII əsrdə inşa edildiyi ehtimal olunur. Hər iki abidə hazırda işğalından azad olunmuş Cicimli kəndində dağıdılmış vəziyyətdədir. Həmzə Soltan sarayı rayonun Hüsülü kəndində yerləşir. Sarayın tikilmə tarixi 1761-ci ilə ehtimal edilir. Sarayın ümumi mənzərəsindən aydın olur ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş qapısı var imiş. Saray ikimərtəbəlidir. Geniş və böyük zalı, xeyli sayda yardımçı otaqları və divanxanası vardı. Sarayın qapı və pəncərələri qoz ağacından hazır-lanıb. Binanın tikintisində şərq memarlıq ənənələrindən istifadə edilib. Ehtimala görə burada sultanlıq XVIII əsrdə yaranıb və Zəngəzur vilayətinin böyük bir hissəsini idarə edib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib. İşğaldan sonra ermənilər Saray olan Hüsülü kəndinin adını dəyişdirərək Melikatun adlandırıblar. “Həmzə Soltan” sarayını təmir edərək hotel kimi istifadə ediblər. Bölgənin tarixini özündə əks etdirən Laçın Tarix və Diyarşünaslıq Muzeyi 1974-ci ildən 1992-ci ilin may ayına qədər fəaliyyət göstərmişdir. Yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan bu muzey əsrlərin canlı salnaməsi idi. Muzeydə toplanmış nadir ekspo-natlar Laçının zəngin tarixi keçmişi haqqında dolğun təsəvvür yaradırdı. Muzeyin yerləşdiyi bina tarix və mədəniyyət abidəsi kimi qiymətləndirilirdi. Muzeyin ümumi sahəsi 1200 kv/metrdən çox idi. Muzey 24 otaqdan, 1 nümayiş salonundan və 72 kv/metrlik bir fonddan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış plastik sənət nümunələri, süjetli oymalar, at, qoç heykəlləri və bir çox məişət əşyaları açıq havada nümayiş etdirilirdi. 1983-cü ildən 1992-ci ilə qədər muzeydə geniş şəkildə ekspozisiyalar təşkil olunurdu. Muzeyin əsas fondunda 5 mindən artıq eksponat toplanmışdı. Yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya olmuşdur. 1989-cu ildə Laçın Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq muzeylərə baxış müsabiqəsində qalib seçilmişdi. 1992-ci ilin may ayında Laçın rayonu işğal olunarkən muzeyin eksponatlarını çıxarmaq mümkün olmamışdır. Muzey kompleksi erməni vandalları tərəfindən darmadağın edilmiş və ya Ermənistana aparılmışdır. Bunlarla yanaşı, Laçın şəhəri Dövlət Rəsm Qalereyasının 50 eksponatı və Mişni kəndindəki muzeydə olan 250 eksponat da erməni işğalına məruz qalmışdı. Erməni işğalçılarının dağıtdığı abidələrimizdən biri də Sarı Aşığın muzeyidir. XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi 1988-ci ildə Laçın rayonunun Güləbird kəndində istifadəyə verilmişdi. Xatirə muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmış və abidəsi ucaldımışdı. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində Sarı Aşığın qəbirüstü ziyarətgahı və 200-ə yaxın eksponatı da talan olunmuşdur. Laçının Mirik kəndində ilk insan məskənlərinin mövcudluğu ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklop xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixininin müxtəlif dövrlərini öyrənmək üçün çox maraqlı, əvəzsiz mənbədirlər. Qədim dövrlərə aid daş əmək alətləri, daşdan yonulmuş istehsal vasitələri və Azərbaycanın qiymətli mədəniyyət nümunələrindən sayılan bədii daşlar, qabart-malar, oymalar, ornamentlər və digər dekorativ tətbiqi sənətə aid olan əvəzsiz nümunələr Laçının işğalına qədər Mirik kəndinin ərazilərində qalırdı. Dağıdılmış abidələri kimi, kəndin adını da dəyişərək Herik adlandırmışlar. Hansı səbəbdənsə 2010-cu ildən sonra kəndin adı yenidən dəyiş-dirilərək köhnə adı ilə Mirik adlandırılmlşdı. Qeyd etmək yerinə düşər ki, siklop tipli memarlıq abidələrinə Respublikamızda çox nadir hallarda rast gəlinir. Amma Mirik kəndi ərazisində siklop tipli memarlıq abidələrindən sayılan, böyük bir şəhərin xarabalığını xatırladan ərazi mövcud idi. Bütün bu kimi tarixi faktların mövcudluğu, Azərbaycanın digər bölgələrində olduğu kimi Laçın ərazisinin də eradan əvvəl II minilliyin sonu və I minilliyin əvvəllərində ibtidai icma quruluşunun dağılması və sinifli cəmiy-yətə keçilməsinin göstəricisidir. Belə qədim abidələrimizdən biri də Mirik qalasıdı. Qala Mirik kəndin qərb tərəfindəki dağın zirvəsində şimala doğru uzanan dağ silsiləsinin cənub qurtaracağında dağın zirvəsində yerləşir. Qalanın uzunluğu 200 – 250 metr, eni isə 30 – 50 metrdir. Qala divarları siklop tipli memarlıq üslubu ilə tikilib, divarların hündürlüyü 3-5 metr, qalınlığı isə 2,5- 3 metrdir. Qüllənin qapısı qalanın içərisində inşa edilən bir otağa açılır. Qalanın zirzəmisi, müxtəlif istiqamətlərə şaxələnən tunellərdən və müxtəlif ölçülü otaqlardan ibarətdir. Qala 2013-cü ildən ermənilər tərəfindən qeyri-qanuni arxeoloji qazıntılara məruz qalıb. Abidədən Arutyun Xudan-yanın apardığı qazıntı zamanı, bir qəbirdən aşkar etdiyi 6 küpə qızıl zinnət əşyaları və pul əskinasları tapması səbəbindən 2018-ci ilin avqust ayından qazıntını genişləndirmişlər. Ermənis-tan hökuməti tərəfindən ərazi nəzarətə götürülərək, ekspedisiya təşkil edilib və ərazi başdan-başa qazılmağa başlanılıb. Hərbi hissənin əsgərləri və kənddə məskunlaşdırılan ailələrin azyaşlı uşaqları qazıntıya cəlb edilmişdir. Tərkibdən göründüyü kimi əksəriyyəti qeyri-peşəkarlar-dan ibarət təşkil edilən ekspedisiya elmi tədqiqat işləri üçün deyil qarətçilik məqsədi ilə yaradıl-dığı bir daha açıq görünür. 1954-cü il Haaqa Konvensiyasına, 1999-cu ildə qəbul edilmiş İkinci Protokol- silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirmişdi. Protoko-lun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiy-yətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsini təsbit etmişdi. Eyni zamanda “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşı-sının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasında təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunurdu. Bütün bunlara baxmayaraq erməni işğalçıları abidələrimizlə də vandalcasına davranmışlar. Ölkəmizdə mövcud olan və müxtəlif dövrlərdən bizim zəmanəmizədək gəlib çıxmış minədək arxeoloji və memarlıq abidəsi dövlət tərəfindən qorunub mühafizə olunur. Mədəni irsimizi qoruyub, onlardan səmərəli istifadə etmək barədə tarixi missiyanı rəhbər tutan dövlə-timiz hələ sovet hakimiyyətinin ilk illərindən tarix və mədəniyyət abidələrinə fikir vermiş, onların qorunub saxlanmasına və bərpasına diqqəti ildən-ilə artmışdı. Baxmayaraq ki, XX əsrin 20-30-cu illərində ölkədə olan ab-hava, inzibati-amirlik sistemi bir çox tarixi və memarlıq abidələrindən, məscidlərdən və məqbərələrdən də yan keçməmişdir. Ancaq bütün bunlara bax-mayaraq Azərbaycanın hər bir yerində olduğu kimi Laçın ərazisində də olan tarixi abidələrin bir qismi mühafizə olunaraq 1992-ci ilə- erməni işğalına qədər gəlib çıxmışlar. Lakin təssüflər olsun ki, Ermənistan silahlı qüvvələri tərəfindən Laçının işğal olunmasına qədər, ərazidə mövcud olan tarix və memarlıq abidələrinin heç də hamısı yetərincə tədqiq, bərpa, restavrasiya olunmamış və qeydiyyatdan kənarda qalmışdır. Abidələrimizin tədqiqinə və bərpasına xüsusilə II Dünya müharibəsindən sonra başlan-mışdır. Bu sahədə arxeoloqlarımız tərəfindən görülən işlər tarixilik baxımından böyük əhəmiy-yətə malik olsa da, tarixi abidələrimizin bir çoxunu yalnız qeydiyyata almaqla kifayətlənilsə və dövlət tərəfindən qorunsa da, mərkəzdən uzaq olan bir çox tarix və memarlıq abidələrmiz elə o vaxtdan bərpasını və restavrasiya olunmasını gözləyir. Respublikamızın 200/0 –dən çox ərazisinin erməni işğalçıları tərəfindən zəbt olunması səbəbindən bu ərazilərdə olan tarix, memarlıq və mədəni abidərimiz də talan edilibdi. Qarabağ və onun ətrafında 7 rayonun bütün abidələri darmadağın edilib. Belə ki, Dünya birliyi abidələrin beynəlxalq mühafizəsindən danışdığı bir vaxtda, ermənilər vandalcasına Azərbaycanın maddi-mədəniyyət nümunələrini yer üzündən silməklə məşğuldur. Dəfələrlə beynəlxalq tribunalardan səsləndirilsə də ermənilər heç bir beynəlxalq qanunlara əməl etmək fikrində olmamışlar. Erməni işğalçılarınin Azərbaycan ərazilərinə təkcə ötən əsrin doxsanıncı illərinin əvvəllərində təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji) 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdı (19). Eyni zamanda işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103,3 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 video-maqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal altında qalmışdı. Bu tarixi və mədəniyyət nümunələrinin yerlə yeksan edilməsi faktı artıq bir sıra beynəlxalq təşkilatların rəsmi sənədlərində də əksini tapıbdı. Laçın ərazisində işğalçılar vandalcasına Soltan Əhməd sarayını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermə-nistana aparmışlar. Laçının ərazisindəki əsir abidələrimizin vəziyyəti, işğal altında qalan torpaqlarımıza vaxtaşırı səfər edən beynəlxalq faktaraşdırıcı missiyanın üzvlərinə də məlum olmuşdu: Tarixin yaddaşı olan, Laçındakı abidələrimiz çoxu saxtalaşdırılaraq erməniləşdirilib. Bir sözlə, tarixi-mədəni irsimizi hədəf seçən ermənilər işğal altında qalan abidələrimizi tamamilə və qəddarlıqla məhv etmişlər. Ümumilikdə, Laçın rayonunda işğala qədər mövcud olan 54 dünya və 250-yə yaxın yerli əhəmiyyətli qədim tarixi abidə işğala məruz qalmışdı. Erməni işğalı nəticəsində ümumilikdə Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəymişdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin barbarcasına dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1554-cü il Haqda Konvensiyası, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası ilə daban-dabana zidd olsa da, nədənsə beynəlxalq birlik vandalizmin qarşısının alınmasında qəti mövqe göstərməmiş, bu məsələyə ikili standartlarla yanaşılmışdır. 1983-cü ildə UNESCO-nun Beynəlxalq Abidələrin Mühafi-zəsi Assambleyasının təsis edilməsində də məqsəd diqqəti maddi mədəniyyət nümunələrinin və tarixi ərazilərin qorunmasına yönəltmək olub. Bəşər mədəniyyətinin tərkib his- səsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafi-zəsi bu gün xüsusilə diqqət mərkəzində olmalıdır. Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi və mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir. İşğaldan azad olmuş ərazilərimizdə, o cümlədən Laçında ermənilər tərəfindən vandalcasına dağıdılmış, zəngin mədəniyyət tariximizin neçə-neçə sirlərini aça biləcək və sirli qalmış abidələrimiz var. Bu abidələr Cənab Prezident, Müzəffər Ali baş komandan İlham Əliyevin rəh-bərliyi və qəhrəman ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsi gedişində işğalçı ölkənin kapitulyasiyaya məcbur edilməsi sayəsində torpaqlarımızla birlikdə işğaldan azad olunubdur. Bundan sonra əsirlikdən azad abidələrimiz dövlətin, bələdiyyələrin, İcra nümayəndələrinin, Abidələrini mühafizə cəmiyyətinin, imkanlı adamların, QHT-lərin və ictimayyətin köməyi ilə bərpa və restavrasiya olunmalıdırlar. Bir çox abidələrimiz var ki, onlar saxtakarlıqla erməniləş-dirilmişdir. Bu abidələri restavrasiya edərək əvvəlki adını bərpa etmək əsas işimiz olmalıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ işğaldan əvvəl Laçın rayonu ərazisində yerləşən bəzi abidələr diqqətdən kənarda qaldığı üçün məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Üstəlik də erməni işğalı. Məsələn rayonun Zeyvə kəndində Soltanbaba türbəsi, Quşçu kəndində XV əsr Uşaq (Abadxeyir) qalası, Cicimli kəndində məscid (XVIII əsr), körpülər, qəbrlər və başqaları bu sıradandır. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının 10 aprel 1998-ci il tarixli qanunu var. Göstərilir ki, abidələrin qorunub saxlanılması dövlətlə birlik də hamının işidir. Ona görə də torpaqlarımız artıq işğaldan azad olunubdur. Əsirlikdən azad, lakin, erməniləşdirilən, dağıdılan tarix və memarlıq abidələrimizin bərpası, restavrasiyası və konservasiyası işinə vaxt itirmədən başlamaq daha da yaxşı olar. Əsirlikdən azad abidələrimizin bərpası yəqin ki, tariximizin qorunub saxlanması ilə yanaşı həm də mədəni irsimizə hörmət və ehtiramın göstəricisi olacaqdır. Abidələrin bərpası, restavrasiyası, tədqiqi və təbliği dövlətin və elm adamlarının işi olmasına baxmayaraq bu işə hamı qoşulmalıdır. ŞİKAR QASIMOV Bakı Mühəndislik Universiteti, “Ümum fənlər” kafedrasının professoru, tarix elmləri doktoru Geri dön |