Ana Sayfa > Parlament / Karusel > 14 yaşlı qızını boğaraq öldürən anaya cəza verildi
14 yaşlı qızını boğaraq öldürən anaya cəza verildi23-01-2017, 16:19. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Z.Cəfərova 11 illik həbs cəzası verilib. Qeyd edək ki, ötən il avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub. Geri dön |