Ana Sayfa > Manşet > TRAMPDAN ERMƏNİLƏRƏ GÖZLƏNİLMƏZ QARABAĞ ZƏRBƏSİ

TRAMPDAN ERMƏNİLƏRƏ GÖZLƏNİLMƏZ QARABAĞ ZƏRBƏSİ


23-01-2017, 15:30. Yazar: admin


Trampın inaqurasiyasından sonra onun erməni nümayəndələrini qəbul edəcəyi ehtimalı da kiçikdir
ABŞ-ın yeni prezidenti Donald Tramp bu ölkədəki erməni lobbisini qəbul etmir.

myBaku.az xəbər verir ki, bu barədə "1in.am” saytı yazıb.

ABŞ-da "California Currier” qəzetinin redaktoru Arut Sasunyan da təsdiqləyib ki, erməni lobbisinin bu günə qədər Trampla görüşmək təşəbbüsləri nəticəsiz qalıb: "Buna görə də Trampın Ermənistanla bağlı planları müəmmalı olaraq qalır”.

Sayt yazır ki, ABŞ-dakı erməni təşkilatları Trampla görüşərək, onun Ermənistan və Dağlıq Qarabağla bağlı mövqeyini anlamaq istəyir.

"Lakin onunla görüşmək cəhdləri alt-üst olur. Trampın inaqurasiyasından sonra onun erməni nümayəndələrini qəbul edəcəyi ehtimalı da kiçikdir. Belə demək mümkünsə, gələn kimi qapıları bağlayıb. Bizim yeganə ümidimiz odur ki, Trampın prezidentliyi dövründə Qarabağda sülh olacaq. Əks təqdirdə, Ermənistan üçün yaxşı gələcək görünmür”, - deyə qəzet yazıb. publika.az
Geri dön