Ana Sayfa > Özəl > Kadırov “Həyat Təhrir əş-Şam”ı terrorçular siyahısından çıxarmağa çağırıb

Kadırov “Həyat Təhrir əş-Şam”ı terrorçular siyahısından çıxarmağa çağırıb


16-12-2024, 16:36. Yazar: sevinc1
Kadırov “Həyat Təhrir əş-Şam”ı terrorçular siyahısından çıxarmağa çağırıb

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, Suriyada hakimiyyətə gələn “Həyat Təhrir əş-Şam”ı Rusiyanın terror təşkilatları siyahısından çıxarmaq lazımdır. Bu barədə o, Telegram kanalında yazıb.Bundan əvvəl silahlı müxalifət Dəməşqə daxil olaraq hakimiyyəti ələ keçirdiklərini bəyan etmişdi. Rusiya Bəşər Əsəd və ailəsinə siyasi sığınacaq vermək qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, Əsədin müxalifətlə danışıqları nəticəsində o, prezident postunu tərk etmək qərarına gəlib və “hakimiyyətin təhvil-təsliminin sülh yolu ilə həyata keçirilməsi üçün göstərişlər verərək” ölkəni tərk edib.Suriya müxalifəti Məhəmməd əl-Bəşirə yeni keçid hökumətini qurmağı tapşırıb. 2024-cü ilin yanvarında əl-Bəşir İdlibdə yaradılmış Suriya Xilas Hökumətinin başçısı təyin edilib. Bundan əvvəl o, eyni strukturda İnkişaf və Humanitar məsələlər naziri olub. Suriya Qurtuluş Hökuməti 2017-ci ildə HTS* üzvləri tərəfindən yaradılıb.
Kadırov qeyd edib ki, Qərb ölkələri Rusiya ilə Suriyanın yeni hakimiyyət orqanları arasında eskalasiya yaratmağa çalışırlar. Onun fikrincə, “müsbət proseslərə başlamaq üçün” HTS* və onun nümayəndələrinin Rusiyanın terror təşkilatları siyahısından çıxarılması proseduruna başlamaq lazımdır.

aia.az
Tərcümə şöbəsi
Geri dön