Ana Sayfa > İdman > "Şamaxı" - "Qarabağ" qarşılaşmasının təyinatları açıqlandı

"Şamaxı" - "Qarabağ" qarşılaşmasının təyinatları açıqlandı


16-12-2024, 16:30. Yazar: sevinc1
"Şamaxı" - "Qarabağ" qarşılaşmasının təyinatları açıqlandı

Misli Premyer Liqasının III turundan təxirə salınmış “Şamaxı” – “Qarabağ” qarşılaşmasının təyinatları açıqlanıb.

aia.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 19-da keçiriləcək matçı Rəşad Əhmədov idarə edəcək.

Şamaxı şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:00-da səsləndiriləcək.

Misli Premyer Liqası

III turdan təxirə salınmış oyun

19 dekabr

14:00. “Şamaxı” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Şamaxı şəhər stadionu

aia.az
Geri dön