Ana Sayfa > Karusel / Ölkə > Sahil Babayev:
Sahil Babayev:16-12-2024, 15:13. Yazar: sevinc1 |
Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50 % və ya 609 min artıb. aia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Dayaq" mükafatının təqdim olunma mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, 609 min əmək müqavilələrinin 80 %-dən çoxu - 500 mini məhz özəl sektorun payına düşür: “Bu dövr ərzində özəl sektor əmək bazarında 2 dəfə artıb, əməkhaqqı fondu 3 dəfə artıb". O vurğulayıb ki, bu gün Azərbaycan bütün istiqamətlərdə və sektorlarda fəal inkişaf edir: “Ölkə iqtisadiyyatı artırılır, əhalinin rifah halı yüksəlir, müdafiə qabiliyyəti gücləndirilir və ən əsası, işğaldan azad edilmiş ərazilər sıfırdan bərpa olunur: “Burada ən yüksək tələblərə cavab verən müasir infrastruktur yaradılır. Bu gün Azərbaycanı səciyyələndirən genişmiqyaslı proqramlar həyata keçirilir". aia.az Geri dön |