Ana Sayfa > Özəl > ABŞ Zelenskiyə müraciət edib
ABŞ Zelenskiyə müraciət edib13-12-2024, 19:20. Yazar: sevinc1 |
ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis Vladimir Zelenskini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Bu barədə o, YouTube kanalında məlumat verib.Davisin sözlərinə görə, Zelenski təcili olaraq Rusiya prezidenti Vladimir Putin və ya Ağ Ev rəhbəri Co Baydenlə əlaqə saxlamalı və bütün hərbi əməliyyatların dərhal dayandırılmasını müzakirə etməlidir. Keçmiş polkovnik-leytenantın fikrincə, Zelenski bunu etməsə, Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti daha da pisləşə bilər. Eyni zamanda, Devis hesab edir ki, Qərb ölkələrindən heç bir yardım Ukraynaya kömək edə bilməz. “Əgər Zelenski bu videoya baxırsa, hey, telefonu indi götür! <…> Vladimir Putinə zəng edin, Co Baydenə, kimə lazımdırsa, zəng edin və növbəti kütləvi zərbəyə qədər hamısını dayandırın. Çünki yanvarın 20-ni gözləmək vəziyyətinizi daha da pisləşdirəcək”. Bundan əvvəl Zelenski dekabrın 13-də Ukraynaya qarşı kütləvi zərbədən sonra açıqlama vermişdi. aia.az Tərcümə şöbəsi Geri dön |