Ana Sayfa > Ölkə > Bağça və məktəb ərazilərindəki qurumuş və qəzalı yaşıllıqların götürülməsi üzrə səylər artırılır Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən
Bağça və məktəb ərazilərindəki qurumuş və qəzalı yaşıllıqların götürülməsi üzrə səylər artırılır Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən13-12-2024, 19:01. Yazar: sevinc1 |
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Respublika ərazisində fəaliyyət göstərən dövlət və özəl məktəbəqədər tərbiyə müəssisələri (körpələr evi, uşaq bağçaları və s.), həmçinin ümumi təhsil müəssisələrinin (məktəb, lisey, gimnaziya, internat və s.) ərazilərində qurumuş və ya qəzalı vəziyyətdə olan yaşıllıqların götürülməsi üzrə müraciətlərin ekoloji qiymətləndirilməsinə dair online ictimai dinləmə keçirilib. aia.az xəbər verir ki, Ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə qeyd olunub ki, torpaq mülkiyyətçiləri – daha dəqiq, haqqında bəhs etdiyimiz Elm və Təhsil Nazirliyinin tabeliyindəki müəssisələr öz ərazilərində mövcud olan yaşıllıqlara həssas yanaşmalı, vaxtında və düzgün aqrotexniki qulluq tədbirləri görməlidirlər. İctimai dinləmədə yaşıllıqların mühafizəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, torpaq mülkiyyətçilərinin xüsusi rolundan danışılıb, vaxtında və düzgün aqrotexniki qulluq göstərilməməsi səbəbindən bəzi ağacların quruduğu və ya qəzalı vəziyyətə düşdüyü təəssüflə vurğulanıb. Həmçinin quruyan və ya qəzalı vəziyyətə düşən ağacların götürülməsi ilə bağlı müraciətlərin gecikdirilməməsi, rəy verildikdən sonra onun dərhal icra edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, gecikdirilən hər bir hal xoşagəlməz vəziyyət, hətta insan sağlamlığına ağır xəsarət yetirilməsi ilə nəticələnə bilər. Elm və Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrin ərazilərindəki qurumuş və qəzalı yaşıllıqların götürülməsi ilə bağlı daxil olan müraciətlərin operativ baxılması üçün qarşılıqlı əməkdaşlıq məsələləri və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər də müzakirə edilib. Geri dön |