Ana Sayfa > Parlament > Xaricdə olan konsulluqların fəaliyyəti ilə bağlı yeni qaydalar müəyyənləşir
Xaricdə olan konsulluqların fəaliyyəti ilə bağlı yeni qaydalar müəyyənləşir13-12-2024, 13:15. Yazar: sevinc1 |
Konsulluqların fəaliyyəti ilə bağlı qaydalar dəyişir. aia.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Azərbaycan Respublikasının Konsul Nizamnaməsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, Konsulluqlar öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Nizamnaməni və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər tutur, eləcə də qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır. Qeyd edək ki, bundan əvvəl Konsulluqlar öz fəaliyyətində bu Nizamnaməni Azərbaycan Respublikasının və konsulluqların yerləşdiyi dövlətlərin qanunlarını, beynəlxalq müqavilələri və beynəlxalq adətləri əsas tuturdu. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib. aia.az Geri dön |