Ana Sayfa > Parlament > Vüqar Bayramov:
Vüqar Bayramov:13-12-2024, 12:00. Yazar: sevinc1 |
2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq. aia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun işğal dövründə tamamilə dağıdılması iqtisadiyyata milyard dollarlarla ziyan vurub: “Bu gün həmin ərazilərin bərpa və yenidən qurulmasını müşahidə edirik. 20 minə yaxın vətəndaşımız işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşıb. 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız bu ərazilərdə məskunlaşacaq. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi gücünü göstərir, digər tərəfdən isə xarici siyasət üçün yeni çağırışlar və prioritetləri müəyyənləşdirir”. aia.az Geri dön |