Ana Sayfa > İdman > Azərbaycan UEFA reytinqində gerilədi
Azərbaycan UEFA reytinqində gerilədi13-12-2024, 09:55. Yazar: sevinc1 |
![]() Azərbaycan UEFA reytinqində bir pillə geriləyib. aia.az xəbər verir ki, buna "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçdə “Elfsborq”a uduzması (0:1) səbəb olub. Azərbaycan 19.625 əmsalla 28-ci yerdə qərarlaşıb. Ötən gün bu turnirdə “Ludoqorets”in Niderlandın "AZ Alkmaar" komandası ilə heç-heçə etməsi (2:2) Bolqarıstanın (19.625) Azərbaycana çatması ilə nəticələnib. Əmsallar bərabər olsa da, bolqarlar cari mövsüm əldə olunan nəticələrə əsasən 27-ci sıradadır. Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (99.374) başçılıq edir. aia.az Geri dön |