Ana Sayfa > Özəl > Suriyada Baas rejimindən sonra həyat necədir? Haber Qlobal qrupu Şam küçələrində

Suriyada Baas rejimindən sonra həyat necədir? Haber Qlobal qrupu Şam küçələrində


12-12-2024, 14:43. Yazar: sevinc1
Suriyada Baas rejimindən sonra həyat necədir? Haber Qlobal qrupu Şam küçələrində

Suriyada Baas rejiminin devrilməsindən sonra suriyalılar öz evlərinə qayıtmağa başlayıblar. Haber Qlobal qrupu paytaxt Dəməşqdəki insanların yeni dövrlə bağlı düşüncələrini soruşdu.Suriyada 61 illik Baas rejiminin devrilməsi və Əsədin ölkəni tərk etməsindən sonra əksəriyyəti Türkiyədə olan suriyalılar yavaş-yavaş evlərinə qayıtmağa başlayıblar. Başda paytaxt Dəməşq olmaqla həyatın normallaşmağa başladığı ölkədə müvəqqəti baş nazir Əl-Bəşir də ilk kabinet iclasına qatılıb.

Biznesmenlərin də fəaliyyət göstərdiyi Suriyada günorta saatlarında mağazalar daha çox fəaliyyət göstərir. Digər tərəfdən nağd pul çatışmazlığı və sanksiyaların keçid hökumətini gərginləşdirdiyi bildirilib. Haber Global mikrofonlarına danışan bir tacir, "Allaha şükür indi nəfəs almağa başladıq. Bir az daha rahat olduq, yaşamağa başladıq. Hamı çox xoşbəxt, biz də xoşbəxtik. İnsanlar çox əziyyət çəkdi, çox pis günlər keçirdilər”.

Dəməşqdə başqa bir dükan sahibi isə 50 il əziyyət çəkdiklərini ifadə edərək, "50 il zülm gördük. Biz xoşbəxtik, Suriya xalqı çox xoşbəxtdir" dedi. Vətəndaşlar da Suriya küçələrində Türkiyə və prezident Ərdoğana xüsusi marağın olduğunu dilə gətirib.

aia.az
Tərcümə şöbəsi
Geri dön