Ana Sayfa > Ölkə > Sosial-İqtisadi Kollecdə 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib

Sosial-İqtisadi Kollecdə 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib


12-12-2024, 14:23. Yazar: sevinc1
Sosial-İqtisadi Kollecdə 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il keçir. Azərbaycanın bütün bölgələrində Heydər Əliyevin anım mərasimləri təşkil olunur.

aia.az xəbər verir ki, UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 12 dekabr Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anım günü qeyd olunub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Xalqa bağışlanan ömür” filminə tamaşa ediblər.

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin hüqüqşunası, “Şöhrət” ordenli, sağlığında Ulu Öndər Heydər Əliyevlə görüşmüş Alavərdi Culfayev, “Maliyyə” FBK-nın müəllimi Rasim Abasquliyev çıxış edərək qeyd ediblər ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafını təmin edib, müstəqilliyimizi əbədi və dönməz edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti qurulub, müstəqil dövlətin Konstitusiyası qəbul olunub, dövlətimiz dünyada öz layiqli yerini tutub.

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov da çıxışında Ümummilli Lider Heydər Əliyevin dünya siyasətçiləri arasındakı nüfuzundan,diplomatik məharətindən,dövlətçiliyin möhkəmlənməsi uğrunda apardığı mübarizəsindən,elmə və təhsilə verdiyi dəyərdən söhbət açıb.

Daha sonra Ş.Laçınov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyalarının onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib.

Tədbir bədii hissə ilə davam edib. Kollecin tələbələri tərəfindən ümummilli lider Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib,mahnılar ifa edilib.
Geri dön