Ana Sayfa > Manşet / Özəl / Gündəm / Qərbi Azərbaycan > Əziz Ələkbərli: “Çar Rusiyası dövründə buraxılmış poçt markaları İrəvanın tarixən müsəlman şəhəri olduğunu bir daha təsdiq edir”
Əziz Ələkbərli: “Çar Rusiyası dövründə buraxılmış poçt markaları İrəvanın tarixən müsəlman şəhəri olduğunu bir daha təsdiq edir”12-12-2024, 12:27. Yazar: sevinc1 |
Milli İncəsənət Muzeyində Qərbi Azərbaycan İcmasının təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və “Azərpoçt” MMC-nin dəstəyi ilə Qərbi Azərbaycanın tarixini əks etdirən silsilə markaların dövriyyəyə buraxılması mərasimi keçirilib. Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxışında markaların buraxılmasını vacib addım kimi qiymətləndirib: “Bu adi poçt markalarının buraxılması deyil, bu Qərbi Azərbaycan həqiqətlərinin ölkədən-ölkəyə, evdən-evə, kolleksiyadan-kolleksiyaya, arxivdən-arxivə daşınmasıdır. Biz hələ ilk dövrlərdə Qərbi Azərbaycanla bağlı tədqiqatlara başlayanda İrəvan şəhəri ilə əlaqəli çar Rusiyası dövründə buraxılmış poçt markaları köməyimizə çatdı. Həmin markalar İrəvanın tarixən müsəlman şəhəri olduğunu bir daha təsdiq etdi". Bu gün də bu poçt markaları vasitəsilə Qərbi Azərbaycan görüntülərini, şəxsiyyət və abidələrinin şəkillərini dünya ictimaiyyətinə çatdıracağıq. Bundan sonra da bizim bu istiqamətdə birgə fəaliyyətimiz davam edəcək”, - deyə Ə.Ələkbərli əlavə edib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışında deyib ki, bu günədək “Azərpoçt” bir sıra tarixi, vacib məzmunlu markalar dövriyyəyə buraxıb. Onun sözlərinə görə, bu markalar təbliğat üçün vacib vasitədir. Geri dön |