Ana Sayfa > Karusel / Gündəm > Nazirdən saxta plastik cərrahlarla bağlı
Nazirdən saxta plastik cərrahlarla bağlı12-12-2024, 11:27. Yazar: sevinc1 |
"Artıq 1 ildən çoxdur ki, Səhiyyə Nazirliyinə bir qrup plastik cərrahla bağlı müraciət olunub". aia.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. "Nazirliyin əmri ilə xüsusi işçi qrupu yaradılıb. Aidiyyəti qurumlarla birlikdə araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, heç bir tibbi təhsili olmayan saxta "həkimlərin" sosial media vasitəsilə insanlara saxta müalicə üsulları və s. cinayət tərkibli əməlləri aşkar olunub. Toplanmış ilkin materiallar Baş Prokurorluğa göndərilib. Baş Prokurorluqla Səhiyyə Nazirliyi arasında İşçi Qrup yaradılıb, Tədbirlər Planı hazırlanıb. Müəyyən normativ aktlar qəbul olunub. İxtisasdəyişmələr dayandırılıb. Hər bir şəxsin təhsili və iş fəaliyyəti barədə araşdırmalar aparılıb. Onların etdiyi cinayət əməlidir və buna qanunvericiliyin tələbinə uyğun cavab veriləcək", - deyə o qeyd edib. aia.az Geri dön |