Ana Sayfa > İqtisadiyyat > Mərkəzi Bank bu şirkətin lisenziyasını ləğv etdi
Mərkəzi Bank bu şirkətin lisenziyasını ləğv etdi12-12-2024, 11:19. Yazar: sevinc1 |
Azərbaycan Mərkəzi Bankı investisiya şirkətinin lisenziyasını ləğv edib. Bu barədə aia.az-a AMB-dən bildirilib. Qeyd edilib ki, AMB-nin İdarə Heyətinin 12 dekabr 2024-cü il tarixli Qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair Mərkəzi Bankın icrası məcburi göstərişlərinə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.1.6-cı maddəsinə uyğun olaraq "Plato Capital and Co. İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləğv edilir. aia.az Geri dön |