Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda qanunsuz plastik cərrahlarla bağlı 18 fakt aşkarlanıb
Azərbaycanda qanunsuz plastik cərrahlarla bağlı 18 fakt aşkarlanıbDünən, 17:32. Yazar: sevinc1 |
Azərbaycanda diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkar edilib. aia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev İTV-nin efirində saxta plastik cərrahlarla bağlı açıqlamasında deyib. O qeyd edib ki, diplomsuz plastik cərrahlarla bağlı Prokurorluq araşdırmalara başlayıb: "Bu sahədə 8 halda yol verilən qanun pozuntularını doğuran səbəb və şəraiti aradan qaldırılması məqsədi ilə təqdimatlar verilib, həmçinin, qanun pozuntularından çəkindirmək məqsədi ilə 9 halda vətəndaşlara və vəzifəli şəxslərə Baş Prokurorluq tərəfindən xəbərdarlıq elan edilib. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir". aia.az Geri dön |