Ana Sayfa > Gündəm / Özəl > Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirib
Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirib11-12-2024, 11:47. Yazar: sevinc1 |
Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. Daha sonra İnstitutların Həmkarlar Təçkilatlarının sədrləri danışıblar. Tədbirlərdə çıxış edənlər görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın memarı və qurucusu olduğunu söyləyiblər. Qeyd olunub ki, ulu öndər 1993-cü ildə xalqın təkidi ilə ölkənin çox ağır vəziyyətdə olduğu dövrdə hakimiyyətə gəlib, uzaqgörənliyi, müdrikliyi, parlaq zəkası nəticəsində vətəndaş müharibəsinin qarşısını alıb, siyasi sabitliyi təmin edib. Bundan əlavə, Ulu Öndərin hakimiyyəti dövründə iqtisadi, siyasi, elmi, mədəni, hərbi və digər sahələrdə bir çox uğurların əldə olunduğu, Azərbaycanı müasir inkişafa aparan "Əsrin müqaviləsi"nin imzalandığı, qısa müddətdə ölkənin gəlirlərinin artdığı və investisiya axınının başladığı bildirilib. Eyni zamanda Ümummilli liderin qətiyyəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun başladığı, Konstitusiyanın qəbul edildiyi, müvafiq dövlət orqanlarının formalaşdırıldığı diqqətə çatdırılıb. Tədbirlərdə, həmçinin bu gün Azərbaycanın özünün müasir inkişaf yoluna qədəm qoyduğu, Ulu Öndərin ənənələrinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq arenada söz sahibinə çevrildiyi qeyd olunub. Geri dön |