Ana Sayfa > Gündəm / Manşet > Prezident Şəhidlər Xiyabanını ziyarət edib

Prezident Şəhidlər Xiyabanını ziyarət edib


20-01-2017, 11:11. Yazar: kamran
Bu gün səhər Azərbaycan prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlib.

Prezident Şəhidlər Xiyabanını ziyarət edib
Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəliblər.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edirdilər.
Geri dön