Ana Sayfa > Özəl > Ukraynanın əsas bayrağı Kiyevin mərkəzindəki bayraq dirəyindən itib
Ukraynanın əsas bayrağı Kiyevin mərkəzindəki bayraq dirəyindən itib10-12-2024, 15:53. Yazar: sevinc1 |
![]() Kiyevdə “Vətən” abidəsinin yaxınlığında yerləşən Ukraynanın əsas bayrağı pis hava şəraitinə görə zədələnib; Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası (KCSA) məlumat yayıb.“Kiyevdə bayrağı əvəz etmək üçün ölkənin əsas bayrağı müvəqqəti olaraq götürülüb”, - deyə Kiyev Şəhər Dövlət Administrasiyasının Telegram kanalında bildirilir. Bayrağın dəyişdirilməsi üzrə işlərin dekabrın 11-i axşam saatlarında başa çatdırılması nəzərdə tutulub. Ukraynanın “Focus” nəşrinin məlumatına görə, bu gün Ukraynanın bir çox regionlarında yağış və qar qeydə alınıb, Kiyevdə havanın temperaturu 0 dərəcəyə yaxındır. Növbəti günlərdə havanın temperaturu mənfi 12 dərəcəyə enəcək aia.az Tərcümə şöbəsi Geri dön |