Ana Sayfa > Dünya > "Dünyanın əsas oyunçuları Suriyada döyüşür" -
"Dünyanın əsas oyunçuları Suriyada döyüşür" -10-12-2024, 14:00. Yazar: sevinc1 |
Aleksandr Lukaşenko Suriyada baş verən hadisələri Belarus üçün dərs adlandırıb , çünki Minsk öz müqəddəratını müstəqil müəyyənləşdirməlidir. aia.az xəbər verir ki, onun sözlərini “İnterfaks” sitat gətirib. “İndi orada elə bir qarışıqlıq var ki, bu hələ başlanğıcdır. Hakimiyyət uğrunda mübarizə başlayacaq. Dünyanın əsas oyunçuları Suriyada döyüşür, bu, bizim üçün dərsdir – öz taleyimizi özümüz təyin etməliyik”, - Lukaşenko bildirib. Onun sözlərinə görə, Suriya təcrübəsi Belarus üçün vacibdir, çünki bu ölkə vaxtilə “sınaq meydançasına” çevrilmişdi. aia.az Geri dön |