Ana Sayfa > Manşet / Siyasət / Özəl > VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Heydər Əsədov növbəti dəfə Şirvan şəhərində vətəndaşlarla görüş keçirib
VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Heydər Əsədov növbəti dəfə Şirvan şəhərində vətəndaşlarla görüş keçirib9-12-2024, 19:18. Yazar: sevinc1 |
aia.az xəbər verir ki 09.12.2024-cü il tarixində millət vəkili Heydər Əsədov YAP-ın Şirvan şəhər təşkilatının inzibati binasında YAP Şirvan şəhər təşkilatı sədri Zahir Qəhrəmanov və Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevanın iştirakı ilə vətəndaş qəbulu keçirib. Qəbul zamanı millət vəkili Heydər Əsədov vətəndaşların problemlərini dinləyərək, onları narahat edən müxtəlifxarakterli məsələlərlə tanış oldu. Görüşdə qaldırılan bəzi məsələlər yerindəcə həll edildi, digərləri ilə bağlı qeydlər aparıldı və onların həlli istiqamətində aidiyyəti qurumlara müraciət olunacağı bildirildi. Görüş çərçivəsində, eləcə də bir sıra aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün maddi yardımlar edildi. Görüşdən sonra Millət Vəkili Heydər Əsədov vətəndaşların müraciəti əsasında şəxsi vəsaiti hesabına Sahib Zeynalov küçəsində yerləşən yaşayış binasının önündə inşa etdirdiyi söhbətgahın açılışında iştirak etdi. Sonra Xəqani küçəsində yerləşən mərasim evinə baxış keçirdi, tavan hissəsinin yarasız halda olduğunu nəzərə alaraq yenidən təmir olunması üçün müvafiq tapşırıq verdi. Sonra millət vəkili bir neçə şəhid ailəsini ziyarət edərək, onların qayğıları ilə maraqlandı və yardımlar etdi. Geri dön |