Ana Sayfa > İqtisadiyyat > Mərkəzi Bank lombard şirkətini 20 min manat cərimələdi
Mərkəzi Bank lombard şirkətini 20 min manat cərimələdi9-12-2024, 18:00. Yazar: sevinc1 |
Azərbaycan Mərkəzi Bankı (AMB) "Güvənli” MMC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qərar qəbul edib. aia.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən lombard fəaliyyəti ilə məşğul olan "Güvənli" MMC və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən müvafiq olaraq 20 000 (iyirmi min) manat və 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir”, - məlumatda qeyd olunub. aia.az Geri dön |