Ana Sayfa > Özəl > Filippin həyəcan vəziyyətindədir: Kanlaon vulkanında partlayış baş verib
Filippin həyəcan vəziyyətindədir: Kanlaon vulkanında partlayış baş verib9-12-2024, 12:32. Yazar: sevinc1 |
Filippinin Neqros adasındakı Kanlaon vulkanında püskürmə baş verib. Bölgədə xəbərdarlıq səviyyəsi qaldırılıb. Filippinin Neqros əyalətinin mərkəzi adasında yerləşən Kanlaon vulkanında yerli vaxtla saat 15.03-də partlayış baş verib. Bölgədə xəbərdarlıq səviyyəsi 2-dən 3-ə qaldırılıb. Açıqlamada, "Bütün yerli hökumət qurumlarına vulkanın zirvəsindən 6 km radiusda olan ərazini boşaltmaq və fəaliyyət tələb edərsə, əlavə təxliyə üçün hazır olmaq tövsiyə olunur." Səlahiyyətlilər tərəfindən verilən açıqlamada "Bu o deməkdir ki, maqmatik partlayış başlayıb və daha sonra başqa bir partlayışa çevrilə bilər". Kanlaon dağı, vulkanik aktivliyin və zəlzələlərin tez-tez baş verdiyi Sakit Okeanın "Alov halqasında" yerləşən Filippindəki iyirmidən çox aktiv vulkandan biridir. aia.az Tərcümə şöbəsi[center][/center] Geri dön |