Ana Sayfa > Gündəm > “YAŞAT” Fonduna daxil olan məbləğin həcmi açıqlandı
“YAŞAT” Fonduna daxil olan məbləğin həcmi açıqlandı9-12-2024, 12:01. Yazar: sevinc1 |
“YAŞAT” Fondunun yaranmasından 4 il ötür. aia.az xəbər verir ki, “YAŞAT” Fondunun 4 illik fəaliyyətinə dair mətbuat konfransı təşkil olunub. Konfransda öncə, Fondun 4 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Ardınca “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib. Təqdimatda “YAŞAT” Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub. Bildirilib ki, indiyəcən “YAŞAT” Fonduna toplanan vəsaitin həcmi 91 537 792.07 manat olub. Xərclənən vəsaitin həcmi 86 762 869.26 manat, qalıq vəsaitin həcmi isə 4 774 922.81 manat təşkil edib. Elvin Hüseynov bildirib ki, Fond ötən 4 ildə 56 sosial layihə həyata keçirib. Bu layihələrdə 25 min 27 şəxs iştirak edib. O həmçinin bildirib ki, "YAŞAT" düşərgəsi bu günə qədər 812 şəhid övladını əhatə edib. “Düşərgələrdə uşaqların vaxtının səmərəli şəkildə həyata keçirilməsi təşkil edilib. Düşərgələrdə Film Fondu tərəfindən müəyyən eksponatlarla uşaqlar tanış olub və suallarına cavab tapıblar”. Konfransın sonunda media nümayəndələrinin sualları cavablandırılıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. aia.az Geri dön |