Ana Sayfa > İdman > “Turan Tovuz” “Şamaxı” ilə üz-üzə gələcək
“Turan Tovuz” “Şamaxı” ilə üz-üzə gələcək9-12-2024, 09:40. Yazar: sevinc1 |
![]() Misli Premyer Liqasında "Turan Tovuz" bu gün "Şamaxı" ilə üz-üzə gələcək. aia.az xəbər verir ki, XVI turun sonuncu matçı saat 19:00-da start götürəcək. Tovuz şəhər stadionunda gerçəkləşəcək qarşılaşmanı FIFA referisi Kamal Umudlu idarə edəcək. Meydan sahibləri 27 xalla üçüncü, qonaqlar 13 xalla yeddinci pillədə qərarlaşıb. Misli Premyer Liqası XVI tur, II dövrə 9 dekabr 19:00. “Turan Tovuz” – “Şamaxı” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev. VAR: Nicat İsmayıllı. AVAR: Şirmamed Mamedov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Asif Əliyev. Tovuz şəhər stadionu Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" "Səbail"i, "Sumqayıt" "Neftçi"ni 2:0, "Zirə" isə 'Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində qalib müəyyənləşməyib - 1:1. aia.az Geri dön |