Ana Sayfa > Özəl > "Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinə çağırış yaşını aşağı salmaq üçün təzyiq edilir"

"Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinə çağırış yaşını aşağı salmaq üçün təzyiq edilir"


9-12-2024, 09:19. Yazar: sevinc1
"Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinə çağırış yaşını aşağı salmaq üçün təzyiq edilir"
The Washington Post (WP) yazır ki, Ukrayna prezidenti Vladimir Zelenskiy Ukrayna Silahlı Qüvvələri sıralarına çağırış üçün minimum yaş həddi 18 yaşa endirilməsi üçün təzyiq altındadır.
Nəşrin müəlliflərinin fikrincə, Ukrayna üç il ərzində 18 yaşlı gənclərin Ukrayna Silahlı Qüvvələri sıralarına səfərbər edilməsinə müqavimət göstərib və Ukrayna hakimiyyətinin bu seçimi Kiyevin Qərb müttəfiqlərini çaşdırıb.
“Zelenski daha çox gənci cəbhə xəttinə göndərmək üçün artan təzyiqlərlə üzləşir. Vaşinqtondan gələcək yardımın qeyri-müəyyənliyini nəzərə alaraq, ABŞ rəsmiləri Ukraynadakı kadr çatışmazlığının indi silah çatışmazlığından daha kritik ola biləcəyi barədə xəbərdarlıq ediblər.
ABŞ Dövlət Katibi Antoni Blinkenin sözlərinə görə, hətta pul və sursatla belə, “cəbhədə insanlar olmalıdır”.

Bundan əvvəl Ukraynanın “Strana.ua” nəşri yazıb ki, Odessada TCC əməkdaşları avtomobil təmiri sexinin işçilərini səfərbər etməyə çalışıblar.

Əvvəllər Ukraynada səfərbərliyin lotereya və ya püşkatma yolu ilə həyata keçirilməsi təklif edilirdi.

aia.az
Tərcümə şöbəsi
Geri dön